VMF AYNA ARTIQ ÖZBƏKİSTANDA
Yüksək keyfiyyətli VMF Ayna eynəkləri artıq Özbəkistanın Daşkənd şəhərində satışa çıxarılıb. Bu dəbli eynəklər Riviera Mall, Atlas Chimgan Mall, Magic City və Mərkəzi univermaqda yerləşən VMF brend kiosklarında vitrinləri bəzəyir.
Eynəyin şüşələri 100% günəsin gözə ziyanlı ultra bənövşəyi şüalarından qoruyur. Polyarlaşmış linzalar gündəlik gəzintilərinizdə, avtomobil idarə edərkən daha yaxşı görüntünü təmin edərək gözlərinizi dincəldir.
Nəfis tərtibatda, keyfiyyətli paket və lüks qutuda cızılmaya qarşı kisə və mikro fiber dəsmal ilə təqdim olunur. Linzaların keyfiyyətinə 1 il beynəlxalq zəmanət verilir və şirkət möhürü qutunun içərisində yerləşən təlimat kitabçasına vurulur.
Daşkənd sakinləri bu dəbli eynəkləri almaq imkanı əldə etdiyi üçün çox məmnundurlar.